Блог

Блог

KitchenAid stasionar mikser ( 5KSM3311XECA )

Mətbəxtdə fövqəltəbii təamlar hazırlamağı sevənlər yaxın əyləşin.Bu günki ulduzumuz KitchenAid brendinin stasionar mikserdir. Qutunu açdıqda istifadə kitabçası, buklet və 3 fərqli başlıqla qarşılaşırıq.
KitchenAid stasionar mikserlərinin başlıqları polietilendən və alüminiumdan, kasası metaldan özü isə tökmə metaldan ibarətdir. Mikserin ağırlığı 6.5 kq.-dır. Bu tip maşınlarda ağırlıq önəmlidir. Çəkinin çoxluğu aparatın masada stabil qalmasına kömək olan amillərdəndir.

Gözləntidən daha üstün Honor 9X Lite

Əgər mobil telefonunuzu yeniləmək istəyirsinizsə model seçimində sizə maraqlı təlkif edə
bilərik. Honor brendinin 9X Lite smartfonu. İlk olaraq başlayaq qutudan çıxanlardan. İstifadə
kitabçası, simportları açan iynə, şəffaf silikon arxalıq, microUSB, 5 volt 2 amper olan şarj aləti
başlığı. İstehsalçı Honor 9X Lite telefonun ekranını plastik qoruyucu ilə təchiz edib. Bir
müddətlik istifadəçiləri idarə edər, amma dəyişdirmək istəsəniz elə yerindəcə İrşad Electronics
mağazalarında bunu etmək mümkündür.

Sərhədləri aşmış XİAMOMİ Mİ10

108 MP – lik kamera, 8 RAM və 256 Gb daxili yaddaş, Snapdragon 865. Avazı xoş gəlir, baxaq istəyimizə xitab edcəkmi? Söhbət kosmosa qədər gedib çıxmış Xiaomi brendinin məhsulu Mİ 10 dan gedir.

Samsung Galaxy A31 QIZIL ORTA

Samsungun Galaxy A seriyasının parlayan ulduzlarından Samsung Galaxy A31 smartfonundan bəhs edirik. İlk olaraq qutudan başlasaq, içindəkilər: istifadə kitabçası, zəmanət talonu, USB Type C, 3.5 mm olan qulaqlıq girişi (jackport), 15W gücündə olan şarj aləti başlığı, yaddaş və sim portları açmaq üçün iynə (simslock) mövcuddur. Simportlardan söz düşmüşkən deyək ki, bu telefon iki sim kart dəstəkləyir. Sim kartların yanında isə yaddaş kartı yeri mövcuddur. Telefonun yaddaşını 512 Gb – a qədər artıra bilərsiniz.