Hissə-hissə ödəniş

Onlayn və mağazada kredit üçün müraciət

Tələblər:

18 yaşına çatmış hər bir Azərbaycan Respublikasının vətəndaşı; 

Hazırda iş yerində minimum 6 ay staj;

Anketi doldurma (Qeyd: Anketi formatına uyğun doldurmaq vacibdir )

Müraciət anketi rəsmiləşdiriləndən sonra müvafiq şöbəyə yönləndirilir. Anket tam və formatına uyğun doldurulduqda dərhal satış şöbəsinə keçir. Növbədən asılı olaraq anketin baxılma vaxtı 24 saatadək təyin olunur( Qeyd: Kampaniya zamanı istisna olmaqla). Təsdiqləndikdən sonra şirkət əməkdaşı müştəri ilə əlaqə saxlayıb çatdırılma prosesini reallaşdırır.

Qeyd edək ki, anket qəbul etmədiyi təqdirdə Satış şöbəsi tərəfindən müştəriyə mobil telefon və ya e-mail vasitəsi ilə xəbərdarlıq edilir. 

İmtinanın səbəbləri:

Müraciət edən tələblərə cavab vermir;

Anket formatına uyğun doldurulmayıb;

Xəbərdarlıqlı imtina (səbəbi müştəriyə bir başa deyilir.);

QEYD: Müraciətin təhlili zamanı mütəxəssislər müştəridən əlavə məlumat və ya ilkin ödəniş tələb edə bilərlər. Bu hal yalnız müştərinin müraciətinə imtina etməmək məqsədi ilə yarana bilər.

QEYD 2: Müraciət formasından asılı olmayaraq hər rəsmiləşdirilən nisyə alış üçün komissiya ödənilir (istisna hal nəzərdə tutulmayıbsa). Bu məbləğ məhsullardan və onların qiymətlərindən asılı olaraq dəyişir və nağd pulla ödənilir.

"Onlayn Kredit" xidməti nədir?

 “Onlayn Kredit”-lə edilən alış mağazada edilən alışlardan heç nə ilə fərqlənmir.

18 yaşa çatmış hər kəs bu xidmətdən faydalana bilər. Bunun üçün bir neçə sadə mərəhələdən keçmək lazımdır:

1. Müştəri internet səhifəsində istədiyi məhsulu seçir;

2. Sərfəli ödəniş planı seçilir;

3. Anketi rəsmiləşdirilib göndərilir.

Sifariş edilən məhsuldan heç bir ödəniş etmədən imtina etmək mümkündür. Habelə geri qaytarma siyasətinə uyğun olaraq 14 gün ərzində qaytarılma və yaxud dəyişdirmə mümkündür.

Diqqət! Dəyişmə və qaytarılma kuryerlərin xidmətinə daxil deyil.

Xoş onlayn-ticarət arzu edirik!